Hansı sənədlərin məhv edilməsinin qadağan olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Aşağıda göstərilən sənədlərin məhv edilməsi qadağandır:
– ümumi icraatlı işlər;
– daimi və uzunmüddətli mühafizə edilən sənədlərin siyahıları təsdiq edilməyənə qədər;
– təftiş olunmamış mühasibat sənədləri – yuxarı orqanın icazəsi olmadan.