İrəvan Dövlət Universitetində partlayış baş verib.

Heftelik.az-ın xəbərinə görə, ilkin məlumata əsasən, İrəvan Dövlət Universitetində partlayış ali məktəbin kimya kafedrasının binasındakı zirzəmidə baş verib.

Partlayış zamanı xəsarət alan 3 nəfərin ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı qeyd olunub.

Ermənistan Səhiyyə Nazirliyi isə partlayış nəticəsində bir nəfərin öldüyünü açıqlayıb.