İsmayıllı rayonunda 3,6 maqnitudalı zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Heftelik.az-a verilən məlumata görə, bu gün gecə yerli vaxtla 04:56-da İsmayıllı stansiyasından 3 km şimalda İsmayıllı rayonunda maqnitudası 3,6, dərinliyi 7 km olan zəlzələ qeydə alınıb.

Zəlzələ 3 bal gücündə hiss olunub.

Qeyd edək ki, bundan əvvəl İsmayıllıda noyabrın 11-də 2,9 maqnitudalı, noyabrın 12-də 3 maqnitudalı zəlzələlər olub.