Limitlərin müəyyən edilməsi daxili qaydalarda bankın həcminə (aktivlər, kapital, müştəri bazası, əməliyyatları), xüsusiyyətlərinə və maliyyə vəziyyətinə adekvat likvidliyin təmin edilməsi məqsədilə tətbiq edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.

Bu zaman aşağıdakılar nəzərə alınır:

– limitlər ən azı aşağıdakı istiqamətlər üzrə müəyyən edilməlidir:

– fərdi və kumulyativ mənfi likvidlik “qəp”lərinin ümumi aktivlərə nisbəti üzrə limit;

–  bu Qayda ilə müəyyən olunmuş vəsait mənbələri üzrə cəlb edilmiş vəsaitin maksimum həddi.