Milli operator Azərbaycan Respublikasının bütün ərazisində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən müəyyən olunmuş normativlərə uyğun olaraq poçt qutularının yerləşdirilməsi və istifadəsi üzrə müstəsna hüquqa malikdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Poçt qutuları Milli operator tərəfindən poçt obyektlərinin girişində, yerli icra hakimiyyəti və ya yerli özünüidarəetmə orqanları ilə razılaşdırmaqla yaşayış binalarının və inzibati binaların divarlarında, yaşayış massivlərində, dəmiryolu stansiyalarında, hava və dəniz limanlarında, avtovağzallarda və istifadəçilər üçün münasib olan digər yerlərdə quraşdırılır.