Müəllimlərin yerdəyişməsi tədris ilinin sonunda müsabiqə əsasında həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nda əksini tapıb.
Yerdəyişmə müsabiqəsi təhsilverənlərin sertifikatlaşdırılmasında, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində və ya işə qəbul üzrə müsabiqədə toplanılan bal əsasında aparılır. Yerdəyişmə müsabiqəsində iştirak üçün müəllimlər sistemdə qeydiyyatdan keçir və onlara elektron sistemdə “Şəxsi kabinet” açılır.