Arxiv işləri sorğuları icra edən Penitensiar Xidmətin əməkdaşlarına müvəqqəti istifadə üçün 10 gün müddətinə, qiraət zalında işləyən tədqiqatçılara, eləcə də işləri müvəqqəti istifadə üçün alan idarə və təşkilatlara isə 1 ay müddətinə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Müddətin uzadılmasına icazəni əsaslandırılmış yazılı sorğu əsasında PX-nin rəisi verir. Arxiv işləri bölməsinin əməkdaşı fondda olan və müvəqqəti istifadə üçün götürülmüş sənədləri vaxtaşırı yoxlayır.