Tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsi (bundan sonra-müsabiqə) iki mərhələdən (test imtahanı və müsahibə) ibarət olmaqla təşkil edilir. Müsabiqənin test mərhələsi mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra-Nazirlik) tərəfindən həyata keçirilir.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nda əksini tapıb.
Nazirlik təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu barədə özünün rəsmi internet saytında və mediada müsabiqə elanı verir. Müsabiqə elanı müsabiqənin başlamasına azı bir ay qalmış verilir.