İlham Nəsirov ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olunub.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Ekilogiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.
İlham Nəsirov bu təyinata qədər enerji sektorunda müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir.