Kəşfiyyat qrupu mütəmadi olaraq boru xəttinin vəziyyəti barədə neftvurma stansiyasının dispetçerinə məlumat verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Neftin sızması aşkar olunmadıqda kəşfiyyat qrupu dispetçerin icazəsi ilə geri qayıtmalıdır. Neftin axması aşkar olunan yerə yalnız küləkdöyən tərəfdən yaxınlaşmaq lazımdır. Əgər yerin quruluşu buna imkan vermirsə, süzgəcli əleyhqazdan istifadə edilməlidir.