“Təklif edirəm ki, Prezident İlham Əliyevin namizədliyi Nobel Sülh mükafatına təqdim edilsin”.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Xalq yazıçısı Çingiz Abdullayev “Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar” adlı konfransda deyib.
“Barak Obama heç nə etməyib, ona mükafat veriblər. Biz haqq müharibəmizdə bir uşağa, qadına güllə atmadıq, zərər vermədik. Dünyada hazırda davam edən müharibələr var. Minlərlə uşağın, dinc sakinin ölümünə dair faktlar, rəqəmlər var. Amma biz torpaqlarımızı azad edəndə heç bir uşağa, qadına zərər vermədik. Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin nəticəsi idi”, – o qeyd edib.