Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğinin nec hesablandığı açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda”da əksini tapıb.
ığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğinin hesablanması zamanı həmin vəsaitlərin ifadə olunduğu aktivlərin balans dəyərlərinə bu Qaydada göstərilmiş əmsallar tətbiq edildikdən sonra alınan məbləğlərin aşağıdakı diversifikasiya normativlərinə cavab verən hissəsi qəbul edilir:
Dövlət qiymətli kağızları:
– Azərbaycan Respublikasının dövlət qiymətli kağızları – sığorta ehtiyatlarının 100%-dək;
– xarici ölkələrin dövlət qiymətli kağızları:
– minimum 1-ci kredit reytinq qrupuna daxil olan xarici ölkələrin dövlət qiymətli kağızları – sığorta ehtiyatlarının 30%-dək;
– 2-ci kredit reytinq qrupuna daxil olan xarici ölkələrin dövlət qiymətli kağızları – bir ölkə üzrə 10%-dən çox olmamaq şərtilə, sığorta ehtiyatlarının 20%-dək;
– 3-cü kredit reytinq qrupuna daxil olan xarici dövlətlərin buraxdıqları avrobondlar – bir ölkə üzrə 5%-dən çox olmamaq şərtilə, sığorta ehtiyatlarının 10%-dək;
Bank hesablarındakı pul vəsaitləri:
– ölkə ərazisində yerləşən banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:
– əlaqəli şəxs olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 20%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 50%-dək;
– əlaqəli şəxs olmayan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 30%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 80%-dək;
– investisiya şirkətlərinin portfel idarəçiliyinə verilmiş vəsaitin hesabat tarixinə bank hesabında pul vəsaiti formasında qalan hissəsi – bir investisiya şirkətində 20%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 50%-dək;
– ölkə xaricində yerləşən banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:
– əlaqəli şəxs olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:
– 0-cı kredit reytinq qrupuna daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 5%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 15%-dək;
– 1-ci və 2-ci kredit reytinq qruplarına daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 5%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 10%-dək;
– əlaqəli şəxs olmayan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:
– 0-cı kredit reytinq qrupuna daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 10%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 30%-dək;
– 1-ci və 2-ci kredit reytinq qruplarına daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 10%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 20%-dək;
Daşınmaz əmlak:
– sığortaçının mülkiyyətində olan və sığorta fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulan daşınmaz əmlak – bir daşınmaz əmlakda 5%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 10%-dək;
– sığortaçının mülkiyyətində olan investisiya məqsədli digər daşınmaz əmlak – bir daşınmaz əmlakda 10%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 20%-dək;
Qeyri-dövlət qiymətli kağızları:
– yerli hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
– dövlət zəmanəti ilə təmin olunan qeyri-dövlət qiymətli kağızları – sığorta ehtiyatlarının 100%-dək;
– Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən buraxılan ipoteka istiqrazları – sığorta ehtiyatlarının 50%-dək;
– hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızlarının Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təmin olunan hissəsi – sığorta ehtiyatlarının 50%-dək;
Bakı Fond Birjasının listinqində olan qeyri-dövlət qiymətli kağızları:
– əlaqəli şəxs olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
– ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 5%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 15%-dək;
– ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 5%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 10%-dək;
Əlaqəli şəxs olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
– ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 15%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 30%-dək;
– ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 10%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 20%-dək;
Bakı Fond Birjasının listinqində olmayan qeyri-dövlət qiymətli kağızları:
– əlaqəli şəxs olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
– ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 2%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 10%-dək;
– ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 2%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 5%-dək;
Əlaqəli şəxs olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
– ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 5%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 10%-dək;
– ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – sığorta ehtiyatlarının 5%-dək;
Xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
-çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
– minimum 1-ci kredit reytinq qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir çoxtərəfli inkişaf bankı üzrə 10%-dən çox olmamaq şərtilə, sığorta ehtiyatlarının 30%-dək;
– 2-ci kredit reytinq qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir çoxtərəfli inkişaf bankı üzrə 10%-dən çox olmamaq şərtilə, sığorta ehtiyatlarının 20%-dək;
– minimum 2-ci kredit reytinq qrupuna daxil olan və çoxtərəfli inkişaf bankı olmayan xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – sığorta ehtiyatlarının 10%-dək;
– minimum 2-ci kredit reytinq qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən ölkə ərazisində buraxılan qeyri-dövlət qiymətli kağızları – sığorta ehtiyatlarının 80%-dək;
Sığorta və təkrarsığorta müqavilələri üzrə alınmalı olan sığorta və təkrarsığorta haqları üzrə:
– hesabat tarixinə ödəmə vaxtı 30 gün müddətinə qədər gecikdirilmiş sığorta və təkrarsığorta haqları – sığorta ehtiyatlarının 30%-dək;
– hesabat tarixinə ödəmə vaxtı 31−45 gün müddətində gecikdirilmiş sığorta və təkrarsığorta haqları – sığorta ehtiyatlarının 10%-dək;
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:
– bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatında təkrarsığortaçıların payı – sığorta ehtiyatlarının 100%-dək;
– digər ehtiyatlarda təkrarsığortaçıların payı – sığorta ehtiyatlarının 60%-dək;
Həyatın yığım sığortası üzrə sığortalılara və ya sığorta olunanlara borc (əsas məbləğ) verilmiş pul məbləğləri – riyazi ehtiyatların (riyazi ehtiyatlarda təkrarsığortaçıların payı çıxılmaqla) 50%-dək.