Arxiv işləri bölməsinin iş rejimində qiraət zalının iş vaxtı və eləcə də sənədlərin müvəqqəti istifadəyə verilməsi və qəbul edilməsi vaxtları nəzərdə tutulur.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Arxiv işləri bölməsi tematik məsələlərə dair maraqlı orqanlara məlumat xarakterli məktublar göndərərək, onları arxivdə saxlanılan sənədlər barəsində məlumatlandırır.