Tərbiyəçi-müəllimlərin bir təhsil müəssisədən digərinə yerdəyişməsi təhsil müəssisələrində işləyən tərbiyəçi-müəllimlərin müraciətləri əsasında yerli bölmələr tərəfindən həyata keçirilir.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nda əksini tapıb.
Yerdəyişmə ilə bağlı müraciətlərə baxılması məqsədilə yerli bölmələrin əmrləri ilə komissiyalar yaradılır.