Badamdar-20-ci sahə yolu açılıb və bununla əlaqədar 53 nömrəli marşrutun müntəzəm hərəkət sxemində dəyişiklik edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Heftelik.az-a verilən məlumata görə, sərnişinlərdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, avtobuslar başlanğıc dayanacaq məntəqəsi “Elmlər Akademiyası” metrostansiyası, son daynacaq məntəqəsi isə Əhəd Yaqubov küçəsi (Bayıl) olmaqla Badamdar şosesi ilə hərəkət edəcək.
4 nömrəli müntəzəm marşrutunun istismarı isə “BakuBus” MMC-yə həvalə edilib. Həmçinin marşrutun hərəkət istiqaməti dəyişdirilərək Bakı Ağ şəhər yaşayış sahəsinə yönləndirilib.