Bakının Sabunçu rayonunda iki piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə Zabrat şossesində qeydə alınıb.

İdarəetməni itirən avtobus sürücüsü iki piyada qadını vurub. Hər iki piyada hadisə yerində həyatını itirib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.