Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu Belçika yığması ilə keçirib.

Heftelik.az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Belçika yığmasının qollaını 17, 26, 30 və 37-ci dəqiqələrdə Romelu Lukaku, 90-cı dəqiqədə Leandro Trossard vurub. F qrupunun digər görüşündə İsveç Estoniyanı məğlubiyyətə uğradıb – 2:0.

Bu nəticələrdən sonra xallarının sayını 20-yə çatdıran Belçika seçmə mərhələni qrup lideri kimi başa vurub. Avstriya 19 xalla ikinci, İsveç 10 xalla üçüncü, millimiz 7 xalla dördüncü, Estoniya bir xalla sonuncu yeri tutub.