İran-Türkiyə Su Əməkdaşlığı Komitəsinin ikinci iclasında Araz çayında su ehtiyatlarının bölüşdürülməsi müzakirə ediləcək.
Heftelik.az-ın “Tasnim”-ə istinadən verdiyi məlumata görə, Tehranda keçiriləcək iclasda rəsmi şəxslər ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən iki ölkə arasında birgə su əməkdaşlığının inkişafı üçün çərçivə və zəruri mexanizmlərin müəyyənləşdirilməsini müzakirə edəcəklər.
İclasa Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı və İranın energetika nazirinin müavini Məhəmməd Cavanbəxt sədrlik edəcək.