İranla Azərbaycan arasında əməkdaşlıq davam edir və ABŞ-ın İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur.
Heftelik.az-ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani həftəlik mətbuat konfransında ABŞ rəsmisinin İranın Qafqazda dəhliz yaradılmasında iştirakı ilə bağlı şərhinə cavabında deyib.
“ABŞ böyük danışır, ona heç bir aidiyyatı olmayan məsələlərə müdaxilə edirlər. İranla region ölkələri o cümlədən Azərbaycan arasında əməkdaşlıq davam edir və ABŞ-ın İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur. ABŞ regionun daxili işlərinə qarışmağı dayandırmalı və keçmiş təcrübələrdən öyrənməlidir. Bu cür müdaxilələrin ABŞ-a heç bir faydası olmayacaq”, – o deyib.