Sənədlərin dəyərliliyini müəyyən edən ekspertizanın nəticələri, sənədlərin məhv edilmək üçün ayrılması barədə aktla (forma №-17) sənədləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Məzmunca eyni olan və dublet sənədlərin artıq nüsxələri məhv edilmək üçün ayrılarkən, aktın “Qeyd” sütununda bu sənədin əslinin olması və ya əvəzedicinin mövcudluğu göstərilməlidir.