Antiterror tədbirləri zamanı şəhid olanların ailə üzvlərinə ödənişlərin verilməsinə başlanılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransında deyib.

O qeyd edib ki, həmin şəxslərə ödənişlərin edilməsi üçün sənədlər Fondun əməkdaşları tərəfindən toplanılıb və operativ şəkildə ödənişlər təyin edilir:

“Həm şəhid olan hərbi qulluqçuların, həm də DİN əməkdaşlarının ailə üzvlərinə təqaüd ödənişləri tam şəkildə həyata keçirilir. Dövlət icbari şəxsi sığorta ödənişləri isə şəhid ailəsi üzvlərinin demək olar ki, 70-80 faizinə təyin olunub. Bir sıra ailələrdə müvafiq sənədlərin hazırlanması və vərəsəlik işləri müəyyən qədər vaxt alır. Bu sənədlər də Fonda təqdim olunduqca, həmin şəxslərə də icbari şəxsi sığorta ödənişləri təyin olunacaq. Pensiya təyinatları üçün isə məlumat vərəqələri aidiyyəti dövlət orqanları tərəfindən göndərilməlidir. Bir qisim hərbi qulluqçular barədə məlumat vərəqələri artıq göndərilib, digər qisimlə bağlı isə hazırlanmaqdadır. Onlar da təqdim olunduqdan sonra ödənişlərin təyinatı həyata keçiriləcək”.