Daxili qaydalarda limitlərə riayət olunmasına nəzarət prosedurları, o cümlədən aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə prosedurlar, habelə müəyyən olunmuş limitlərin likvidliyin faktiki göstəriciləri ilə müqayisə edilməsinin dövriliyi öz əksini tapmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.
Bankın cari və proqnozlaşdırılmış likvidlik mövqeyinin adekvatlığının təmin edilməsi məqsədilə daxili qaydalarla müəyyən edilmiş limitlərə altı ayda bir dəfədən az olmayaraq yenidən baxılmalıdır.