Magistral neft kəmərlərinin xətti hissəsində, sualtı keçidlərində, dəniz və çay terminallarında, dəmiryol doldurma-boşaltma estakadalarında, həmçinin neftvurma stansiyasının istehsalat meydançalarında və çənlər parkında baş verə biləcək qəzaların nəticələrinin aradan qaldırılması bu Qaydaların tələblərinə və Qəzaların Ləğvi Planına əsasən həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.