Mülki iddiaçının məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə fikrini bildirmək, cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə etirazını bildirmək, nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək və özü və ya nümayəndəsi tərəfindən verilmiş hər hansı şikayətdən imtina etmək hüququ var.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.