Beynəlxalq təşkilatın qiymətli kağızlarının buraxılış şərtləri Azərbaycan və ingilis dillərində tərtib olunur və beynəlxalq təşkilat tərəfindən təsdiq edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.

Tərcümələr arasında uyğunsuzluq olduğu təqdirdə Azərbaycan dilindəki mətn əsas götürülür. Buraxılış şərtlərinin notariat qaydasında təsdiqi və ya qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılması (apostil verilməsi) tələb olunmur. Beynəlxalq təşkilatın qiymətli kağızları buraxılışın dövlət qeydiyyatına alındığı tarixdən bir il müddətində yerləşdirilmədikdə, buraxılış şərtləri qüvvədən düşmüş hesab edilir.