Beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi və onlar üzərində gömrük nəzarəti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Gömrük Məcəlləsinə, Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na və Dövlət Gömrük Komitəsinin Kollegiyasının 2014-cü il 22 iyul tarixli 100/02/004 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumdünya Poçt İttifaqının Aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi Qaydaları”na müvafiq olaraq həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Beynəlxalq poçt göndərişləri vasitəsilə göndərilən mallar gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi başa çatanadək və onların buraxılışı barədə rəsmi icazə verilənədək gömrük orqanlarının nəzarəti altında olurlar.