Qiymətli kağızların yerləşdirilməsi başa çatanadək buraxılış şərtlərində dəyişikliklər beynəlxalq təşkilatın daxili qaydalarına uyğun olaraq qəbul edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.
Buraxılış şərtlərində dəyişikliklər Azərbaycan və ingilis dillərində tərtib olunur və beynəlxalq təşkilatın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. Tərcümələr arasında uyğunsuzluq olduğu təqdirdə Azərbaycan dilindəki mətn əsas götürülür. Buraxılış şərtlərində dəyişikliklərin notariat qaydasında təsdiqi və ya qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılması (apostil verilməsi) tələb olunmur.