İşə qəbul müsabiqəsində iştirak etmək üçün namizəd “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə işə qəbul üzrə müvafiq alt sistemdə (bundan sonra sistem) qeydiyyatdan keçir və ona elektron sistemdə “Şəxsi kabinet” açılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nda əksini tapıb.
Namizəd “Şəxsi kabinet”ə daxil olaraq elektron ərizəni doldurur və onu təsdiq edir. “İnzibati icraat haqqında” qanunun tələbləri, həmçinin namizədin uyğunluğunun qiymətləndirildiyi meyarlar nəzərə alınmaqla ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
Namizədin orta ixtisas və ya ali təhsili haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin) və elmi dərəcəsinin olduğunu təsdiq edən sənədin (olduğu halda) surəti;
– əmək kitabçasının notariat qaydasında və ya işəgötürən tərəfindən təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);
– əlliyi olan şəxslərə münasibətdə şəxsin əlliliyini təsdiq edən sənədin surəti.