Likvidlik riskinin idarə edilməsi üzrə bankın risk iştahası, siyasəti və daxili qaydaları Müşahidə Şurası tərəfindən təsdiq edilməli, ən azı ildə bir dəfə yenidən nəzərdən keçirilməli və tələb olunduqda müvafiq dəyişikliklər edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.
Likvidlik riskinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi metodları bankın risk profilinə və əməliyyatlarının mürəkkəbliyinə uyğun tətbiq edilir. Tətbiq olunan metodlar və onlara dair fərziyyələr mütəmadi olaraq nəzərdən keçirilir və tələb olunduqda müvafiq dəyişikliklər edilir.