Bankın davamlı fəaliyyətinin təmin olunması məqsədi ilə bankda fövqəladə hallarda likvid vəsaitlərin cəlb edilməsi və aktivlərin minimum zərərlə likvid vəsaitlərə çevrilməsi prosedurlarını özündə əks etdirən plan olmalıdır (bundan sonra – fövqəladə plan).
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.
Fövqəladə plan bankın strukturuna, fəaliyyətinin xüsusiyyətlərinə, risk profilinə, əməliyyatlarının həcminə və fəaliyyət göstərdiyi regiona uyğun müəyyənləşdirilməlidir.