Likvidliyin örtülmə əmsalı üzrə hesabat hazırlanmalı və aylıq əsasda prudensial hesabatlarla birgə Mərkəzi Banka təqdim olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.
Bankın likvidliyin örtülmə əmsalı müəyyən edilən hədlərdən aşağı düşdükdə, bank bu barədə bir iş günü ərzində Mərkəzi Bankı yazılı məlumatlandırmalıdır. Likvidliyin örtülmə əmsalı tələb olunan həddə qədər bərpa edilənədək bank bu Qayda ilə müəyyən edilmiş hesabatı Mərkəzi Banka gündəlik əsasda təqdim etməlidir. Bank tərəfindən ardıcıl 30 (otuz) gün ərzində həmin hədlərə əməl edilmədiyi təqdirdə, otuz birinci gündən etibarən növbəti 5 (beş) iş günü ərzində Mərkəzi Banka likvidlik mövqeyinin bərpası ilə bağlı plan təqdim etməlidir. Planda müəyyən edilmiş tədbirlərin müddəti 3 (üç) aydan çox olmamalı və tədbirlərin vaxtında icra edilməsinə nəzarət Müşahidə Şurası tərəfindən təmin edilməlilidir.