Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğanbank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Muğanbank” ASC-nin ləğvedicisi təyin edilib.

Əmanətlərin Sığortalanması Fondundan Heftelik.az-a verilən məlumata görə, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Muğanbank” ASC-nin müştərilərinin nəzərinə çatdırır ki, kredit ödənişlərinin həyata keçirilməsi, sorğu edilən sənədlərin və əlavə məlumatların əldə edilməsi məqsədilə aşağıda qeyd edilən üsullardan istifadə edilə bilər:

  1. Elektron qaydada kredit ödənişlərinin həyata keçirilməsi – https: million.az veb saytı vasitəsilə;
  2. Nağd qaydada kredit ödənişlərinin həyata keçirilməsi – “e-manat”, “Million” və “m-pay” ödəniş köşkləri vasitəsilə;

Köçürmə yolu ilə kredit ödənişlərinin həyata keçirilməsi üçün LPO “Muğanbank” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə bank hesablarının rekvizitləri

 

 

LPO “Muğanbank” ASC, VÖEN1400122681
Mərkəzi Bank, VÖEN9900071001
SWIFT.BIK (AZN)NABZAZ2C
SWIFT.BIK (xarici valyuta)NABZAZ2X
Kod501004
Müxbir hesab AZNAZ74NABZ01451700000000001944
Hesablaşma hesabı AZNAZ92NABZ01350100000000065944
Müxbir hesab EURAZ58NABZ01452800000000007954
Hesablaşma hesabı EURAZ40NABZ01350200000000065954
Müxbir hesab USDAZ51NABZ01452800000000015840
Hesablaşma hesabı USDAZ77NABZ01350200000000066840

 

Həmçinin qeyd edək ki, kredit ödənişlərinin həyata keçirilməsi, sorğu edilən sənədlərin və əlavə məlumatların əldə edilməsi qeyd edilən ünvanlarda mümkündür:

 

Ləğv prosesində olan “Muğanbank” ASC–nin Baş ofisi.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B. AZ1052

 

Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların regional mərkəzləri üzrə ünvanlar:

 

  1. Mingəçevir şəhəri, Füzuli küçəsi, 24B
  2. Gəncə şəhəri, Cavadxan küçəsi 10
  3. Sumqayıt şəhəri, 6-cı mikrorayon, Cəlil Məmmədquluzadə küçəsi 7
  4. Xaçmaz şəhəri, Heydər Əliyev küçəsi 256
  5. Lənkəran şəhəri, Mirmustafaxan küçəsi 22

 

Əlaqə: (+994) 941