Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində yaradılmışdır.
Ölkəmiz ciddi bir sınaqlara məruz qalmışdır.
Azərbaycanın taleyini düşünən insanlar ölkəni bu böhrandan çıxara biləcək yeni bir partiyanın yaradılmasını vacib bilirdilər. Bu məqsədlə xalqın sınamış lideri və peşəkar siyasətçisi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər ziyalımız 1992- ci il 16 oktyabrdakı çağırılmış konfransdakı müraciət o dövr üçün böyük bir tarixi hadisə idi. Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992 ci il tarixdə Naxçıvanda 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun üzvləri ilə baş tutdu. Konfransda ulu öndərimiz Heydər Əliyev partiyanın sədri seçildi. Eləcədə partiyanın siyasi şurası, idarə heyəti, və sədrin müavinləri seçildi. Beləliklə müstəqil Azərbaycan tarixində YAP yarandı. Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi YAP-sı qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Ulu öndərimizin də dediyi kimi, “Dünənin, Bugünün, Sabahın partiyası” səviyyəsinə yüksəldi. Ulu öndərimizin rəhbərlik etdiyi və yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, YAP Cənubi Qafqazın ən böyük və ən nüfuzli siyasi partiyası səviyyəsinə qədər inkişaf etmişdir. Partiyanın yeni proqramı 5 fəsildən ibarətdir. Bu proqram partiyanın 28 dekabr 2021 ci il tarixindəki iclasında təsdiq edilmişdir.
- Partiyanın inkişafı və uğurları
- Siyasi dəyərlər və prinsiplər
- Partiya daxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları
- Partiyanın əsas hədəfləri
- Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya.
Hacıyeva G. -Nəsimi rayon, İctimai şura