“Qəp” təhlili nin hansı qaydada aparılmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.
“Qəp” təhlili ayda bir dəfədən az olmamaq şərtilə aşağıdakı qaydada aparılır:
– bankdaxili “qəp” təhlili üçün eyni dövrə düşən aktiv və öhdəliklərin ödəniş müddətləri ən azı ani, 1-7, 8-14, 15-30, 30 gündən bir ilədək aylıq dövrləri, həmçinin 1-2, 2-3, 3-5 və 5 ildən çox olan illik dövrləri əhatə etməlidir. Bu bölgü bank tərəfindən daha qısa müddətlərlə müəyyən edilə bilər;
– aktiv və öhdəliklərin ödəniş müddətlərinin bölgüsü onların qalıq müddətinə əsaslanmalı və müqavilədə müəyyən edilmiş həcmdə hesablamaya daxil edilməlidir;
– bankın milli və xarici valyutada olan nağd vəsaitləri, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankında (bundan sonra – Mərkəzi Bank) və digər banklarda olan müxbir hesabları, banklarda yerləşən “overnayt” depozitləri kimi aktivlər və bankda digər bankların müxbir hesabları, hüquqi və fiziki şəxslərin tələbli depozitləri, qaytarılma müddəti bitmiş öhdəliklər, bankların “overnayt” depozitləri kimi öhdəlikləri tam məbləğdə “ani” ödəniş müddətinə aid edilməlidir.