Sığortaçının öz vəsaitlərinin investisiyası zamanı nəzərə alınmalı olan diversifikasiya normaları müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda”da əksini tapıb.
Sığortaçının məcmu kapitalının hesablanması zamanı bu hesablamada nəzərə alınan aktivlərin balans dəyərlərinə göstərilən əmsallar tətbiq edildikdən sonra alınan məbləğlərin həmin məbləğlərin cəminə olan nisbətinin aşağıdakı diversifikasiya normativlərinə cavab verən hissəsi qəbul edilir:
– dövlət qiymətli kağızları – 100%-dək;
– bank hesablarındakı pul vəsaitləri – bir bankda 30%-dən artıq olmamaq şərtilə, 80%-dək;
– daşınmaz əmlak – bir daşınmaz əmlaka 10%-dən artıq olmamaq şərtilə, 20%-dək;
– qeyri-dövlət qiymətli kağızları – 15%-dək;
– bir hüquqi şəxsin nizamnamə kapitalında payı 5%-dən və qanunda nəzərdə tutulmuş hallardan başqa, müvafiq hüquqi şəxsin nizamnamə kapitalının 45%-dən artıq olmamaq şərtilə, digər hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər – 10%-dək;
– bir işçiyə verilən borcun ümumi məbləği 1%-dən artıq olmamaq şərtilə öz işçilərinə borc verilmiş pul vəsaitləri – 10%-dək.