Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləği həmin ehtiyatların məbləğindən az olmamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda”da əksini tapıb.

Ölkə xaricində olan bütün investisiyalar ümumilikdə sığorta ehtiyatlarının 30%-i hissəsində nəzərə alınır. Bütün investisiyalar ümumilikdə sığorta ehtiyatlarının 80%-i, bu Qayda üzrə bütün investisiyalar isə ümumilikdə sığorta ehtiyatlarının 20%-i hissəsində nəzərə alınır.