Müəllim “Şəxsi kabinet”ə daxil olaraq elektron ərizəni doldurur və vakant yer (4 (dörd) yerdən çox olmamaqla) seçərək ərizəsini təsdiqləyir.
Heftelik.az-ın məlumatına görə, bu, “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nda əksini tapıb.
Müəllimlərin yerdəyişməsində ilk növbədə şəhid ailəsinin üzvü olan namizədlərə üstünlük verilir. Yerdəyişmənin nəticələri barədə məlumat müəllimlərin “Şəxsi kabinet”inə göndərilir.
İşə qəbul və yerdəyişmə müsabiqəsindən müvəffəqiyyətlə keçmiş namizədlərin siyahısı əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün Nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələrinə göndərilir.