Fövqəladə planda potensial maliyyələşmə mənbələrindən vəsaitlərin cəlb edilməsi üzrə hüquqi, əməliyyat və vaxt zonasına dair məhdudiyyətlər nəzərə alınmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.
Fövqəladə plan bankın risklərin idarə edilməsi və aidiyyəti struktur bölmələrinin iştirakı ilə hazırlanmalı və Müşahidə Şurası tərəfindən təsdiq edilməlidir.