Poçt təqvim ştempeli qurğuları digər poçt rabitəsi operatorlarına, fiziki və hüquqi şəxslərə istifadə üçün verilə bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Digər poçt rabitəsi operatorları tərəfindən poçt rabitəsi xidmətlərinin göstərilməsində tətbiq edilən poçt təqvim ştempeli qurğuları Milli operatorun uyğun qurğularından fərqli olmalıdır.