Buxar və parafinsizləşdirmə qurğusunun qazanı, onun nominal buxar məhsuldarlığından az olmayan miqdarda ümumi buraxılış qabiliyyəti olan qoruyucu klapanlarla təchiz edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İstismara daxil edilən hər bir qazanın üzərində asan görünən yerə, aşağıdakı məlumatları əks etdirən lövhəcik bərkidilməlidir:
– qeydiyyat nömrəsi;
– yol verilən (buraxıla bilən) təzyiq;
– növbəti daxili baxışın və hidravlik sınağın tarixi (gün, ay, il).