Cari öhdəliklərə ani likvidlik əmsalının hesablanması zamanı hansı öhdəlik növlərinin daxil edildiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.

Cari öhdəliklərə ani likvidlik əmsalının hesablanması zamanı aşağıdakı öhdəlik növləri daxil edilir:

– bankların müxbir hesabları və “overnayt” depozitləri;

– tələbli depozitlər;

– ödəniş müddətinə 7 (yeddi) gün və ya bundan az qalan müddətli öhdəliklər;

– icra müddəti başa çatmış öhdəliklər;

– müqaviləyə əsasən vəsaitlərdən istifadəyə başlanması tarixinə məhdudiyyət qoyulmayan və geri çağırıla bilinməyən kredit xətləri.