Düz 3 il bundan əvvəl 27 illik həsrət başa çatdı. Azərbaycanın ecazkar yerlərindən biri olan Ağdam rayonu erməni işğalından azad olundu. Bu imzalanan 3 tərəfli bəyanat əsasında baş tutdu.

Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi, 1094 kv km olan rayonun relyefi əsasən düzənlikdir. Ağdam sözü qədim türk dilində “kiçik qala” deməkdir.

Uzaq keçmişdə bu ərazidə türk dilli qəbilələr yaşamışdılar.

Ağdam rayonu işğal olunanda bu mübarizə 42 gün davam etdi. Demək olar ki, Ağdam ərazisinin 73%-i işğal olundu.

Qarabağın giriş qapısı sayılan Ağdam rayonu dağıdılmış xarabalığa çevrilmiş, bir sözlə viran edilmiş bir vəziyyət qaytarıldı. O yerləri gördükcə mənim ağlıma yalnız bir fikir gəldi. Ermənilər əxlaqsız, ermənilər fəlakətdir. Ermənilər mənəviyyatsızdır. Ermənilər yer üzündə hər bir canlını məhv edən bir canidirlər. Aldığımız sadəcə quru torpaqdır. Bütün bu olanlar bizi qırmadı, amma bizi çox əzdi. Ancaq biz əyilmədik, yenilmədik. Çünki o torpaqlarımızın qaytarılması Azərbaycanın qələbəsi yəni Ali Baş komandanımızın, şanlı ordumuzun 27 ildən sonra o torpaqlarda üç rəngli bayrağımızın ucalmasının qələbəsidir. Ağdam rayonunun erməni işğalından azad olunması tarixi hadisədir. Bu sözləri möhtərəm prezidentimiz İlham Əliyev öz çıxışında qeyd etdi. O, bu münasibətlə bütün Azərbaycan xalqına göz aydınlığı verərək bildirdi ki biz tarix yazırıq, yeni bir tarix. Xalqımızın ölkəmizin yeni şanslı tarixi. Bu zəfər tarixidir. Əzizlərimiz, artıq köçkün deyilsiniz. Siz öz dədə-baba yurdunuzun sahibi, varislərisiniz. Sizin rayon işğal edilmiş rayonlar içərisində əhalisinin sayına görə ən böyük rayondur. 27 illik bu işğal rayona 13 milyard, 135 milyon ABŞ dollar ziyan vurub. Ağdam ərazisində qədim tarixə malik olan çoxlu sayda memarlıq abidələrimiz vardı. Onlar Ağdamda olan mədəni abidələrimizlə birlikdə evlərində məhv ediblər. Şəhərin mərkəzində yerləşən memarlıq abidəsi sayılan qoşa minarələr vəhşicəsinə dağıdılaraq tanınmaz hala salınmışdır. Bu vəhşilik Avropa konvensiyasının pozulması deməkdir. Məhv olunan hər yet üçün cavabdeh olanlar cəzalandırılmalıdır. Bunun üçündə biz vətəndaş həmrəyliyi göstərməliyik. Bu vəhşiliyi dünyaya çatdırmalıyıq. Ağdam yenidən zəngin musiqi mədəniyyətimizin beşiyi olacaq. Bu yerlərin yenidən abad olunması üçün bütün qüvvələrimizi səfərbər edəcəyik. Prezidentimizin dediyi kimi bu gündən Ağdam üçün yeni dövr başlayır. Ağdam bizimdir. 2021-ci ilin Mayında Azərbaycan ictimaiyyətinə Ağdamın bərpa olunması üçün baş plan hazırlanmışdır. Bu baş planın azad olunmuş Ağdamın yenidən qurulması üçüm müxtəlif layihələr reallaşdırılmışdır. Bu işlət hələ davam edir. Ağdam şəhərində dövlət bayrağı ucaldılıb, yaşayış binalarının təməli qoyulub, avtomobil yolları çəkilmişdir. Azad olunmuş Ağdama xarici və yerli jurnalistlərin səfəri zamanı onlar oranı Qafqazın Xerosiması adlandırmışdılar.

G.Hacıyeva

Nəsimi rayonu ictimai şura