Əgər boru kəmərinin zədələnmiş yerindən neft axıbsa, o, əldə olan neftvurma vasitələri ilə ləğv edilməli, neft kəmərinə, xüsusi hazırlanmış bəndə və yaxud torpaq anbarına vurulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qəza sahəsindən anbara və ya bəndə neft vuran nasosun işə salınması və dayandırılması məsafədən yerinə yetirilməlidir. Təhlükəli zonada işçilərin olması qadağandır.