ABŞ Senatının Azərbaycana qarşı qəbul etdiyi akt qəbuledilməzdir.
Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
Deputat deyib ki, ABŞ-ın regiona qarşı siyasəti açıq fazaya keçib, artıq siyasətini pərdələmir: “Amerika imperialist dövlət kimi ədalətsizliyi tətbiq edən ölkəyə çevrilib. ABŞ başqa-başqa dövlətlərə qarşı bu cür addımlar atır. Azərbaycana qarşı ədalətsiz qərar qəbul edilib. Antimilli Şuranın üzvləri indiyə qədər ABŞ-ın Azərbaycana qarşı ədalətsiz qərarlarına qarşı bir dənə fikir səsləndirməyiblər. Onlar nəzərə almalıdır ki, anti-Azərbaycan qərarları ABŞ tərəfindən AXC-Müsavat dövründə qəbul edilib. Heç olmasa bunu nəzərə alsınlar. Əli Kərimli evində qırt toyuq kimi oturub üzvlərə deyir ki, ABŞ-ın bu qərarının Azərbaycana xeyri olacaq, demokratiya inkişaf edəcək. Biz hamımız Prezidentin arxasında durmalı və bu cür bəyanatlara kəskin münasibətimizi qoymalıyıq”.