Beynəlxalq təşkilat qiymətli kağızların buraxılışının dövlət qeydiyyatına alınması üçün ərizə ilə Mərkəzi Banka müraciət edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.
Ərizə Azərbaycan və ingilis dillərində tərtib olunur, beynəlxalq təşkilatın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır və Mərkəzi Banka təqdim edilir. Ərizəyə beynəlxalq təşkilatın qiymətli kağızlarının buraxılış şərtləri əlavə olunur.