Komissiya tərəfindən yerdəyişməsi məqbul hesab edilən tərbiyəçi-müəllimlər barədə məlumatlar əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün yerli bölmələr tərəfindən tabeliyində olan təhsil müəssisələrinə göndərilir.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nda əksini tapıb.