Likvidlik bankın balans və balansdankənar öhdəliklərini yerinə yetirmək, cəlb olunmuş vəsait mənbələrində baş vermiş və (və ya) gözlənilən dəyişiklikləri effektiv tənzimləmək, habelə gözlənilməz xərclərə yol vermədən aktivlərin planlaşdırılmış artımını maliyyələşdirmək qabiliyyətidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.

Likvidlik riski planlaşdırılmış və gözlənilməyən öhdəliklərin vaxtında və effektiv yerinə yetirilə bilməməsi, əlavə likvid vəsaitin əldə edilməsi, həmçinin bankın aktivlərinin minimum zərərlə dərhal satılması üzrə imkanların azalması riskidir.