Likvidlik riskinin qiymətləndirilməsi tezliyi bankın fəaliyyətindən yaranan risklərin həcmi və xüsusiyyətlərinə uyğun olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.
Likvidlik riskinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi ən azı “qəp” təhlili, cəlb olunmuş vəsaitlərin mənbələrinin konsentrasiyası, likvidlik riski üzrə normativlər (ani likvidlik əmsalı və likvidliyin örtülmə əmsalı), stress-testlər və erkən xəbərdarlıq sistemi vasitəsi ilə həyata keçirilir.