Dünən saxlanılan “Abzas Media” saytının direktoru Ülvi Həsənli və bu gün saxlanılan “Abzas Media” saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Xətai rayon məhkəməsində Ülvi Həsənli barəsində 4 ay, Sevinc Abbasova barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.