Buraxılış şərtlərində dəyişikliklər edilməsi barədə məlumat və dəyişikliklərin məzmunu həmin dəyişikliklərin qəbul edildiyi gündən 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.
Mərkəzi Bank buraxılış şərtlərində dəyişikliklə bağlı təqdim edilən sənədlərə onların təqdim edilməsi tarixindən etibarən 5 (beş) iş günü müddətində baxır və nəticəsi barədə beynəlxalq təşkilata yazılı məlumat verir.